İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması layihəsi qanuna çevrilib

İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması layihəsi qanuna çevrilib

GünAzTV: ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması ilə bağlı qəbul etdiyi layihə artıq qanuna çevrilib.

 

Dekabrın 15-də ABŞ prezidentinin administrasiyasının yaydığı bəyanatda bildirilir ki, prezident Barak Obama İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması ilə bağlı layihəni imzalamasa da, onun qanuna çevrilməsinə icazə verib.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası noyabrın 15-də İrana qarşı sanksiyalar qanununu daha 10 il müddətinə uzadıb. Nümayəndələr Palatasında keçirilən şifahi səsvermədə 419 nəfər sanksiyalar qanununun müddətinin uzadılmasının lehinə, 1 nəfər isə əleyhinə səs verib. 1996-cı ildə Amerikanın keçmiş prezidenti Bil klintonun prezidentliyi dövürndə qəbul edilən bu qanun, İranın energetika sənayesi sahəsində hər hansı bir sərmayə qoyuluşuna qadağa qoyur.

 

Dekabrın 1-də isə ABŞ Senatı İrana qarşı sanksiyaları daha 10 il müddətinə uzadıb. Keçirilən səsvermədə 99 senatorun hamısı, İrana qarşı sanksiyalar qanununun daha 10 il müddətinə qüvvədə qalmasına səs verib. Səsverməyə qatılan senatorlardan heç biri sənədin əleyhinə çıxmayıb. Bununla da İrana qarşı sanksiyalar qanununun qüvvədə saxlanılmasının müddəti daha 10 il uzadılıb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN