İrana səfər edən avstriyalı diplomat koronavirusa yoluxub

İrana səfər edən avstriyalı diplomat koronavirusa yoluxub

GünAz TV: Avstriyalı diplomatlardan biri koronavirusa yoluxma ehtimalı ilə Vyana xəstəxanalarından birində karantinə alınıb.

 

Yayılan məlumatlara əsasən, o, Avstriya Xarici İşlər naziri Aleksandr Şallenberqin Tehrana rəsmi səfəri zamanı onu müşayiət edib. Ölkəyə qayıdandan sonra diplomatın vəziyyəti pisləşdiyindən, koronavirusa yoluxma ehtimalına görə, o, karantinə alınıb.

 

Xatırladaq ki, Aleksandr Şallenberq ötən həftə Tehrana rəsmi səfər etmişdi.

 

Avstriya mətbuatının məlumatına görə, naziri müşayiət edən adı açıqlanmayan həmin diplomat ölkəyə geri döndükdən sonra onda qızdırma, tənəffüs problemləri və öskürək kimi hallar müşahidə edilib. Diplomatın analizlərinin cavabı hələ ki, elan edilmədiyindən, Xarici İşlər Nazirliyi jurnalistlərin məsələ ilə bağlı suallarına cavab verməyib.

 

Qeyd etmək lazımdır ki, İranda son günlər ərzində koronavirus yayılmaqdadır. Bu günə qədər xəstəliyə yoluxanlar arasında sıravi vətəndaşlarla yanaşı, bəzi rəsmilər və deputatlar da var.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN