İranda 10 nəfərin qətlində günahlandırılan şəxs edam edilib

İranda 10 nəfərin qətlində günahlandırılan şəxs edam edilib

GünAzTV: İranın Fəhrəc şəhərində 10 nəfərin qətlində günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

26 yaşlı müttəhim Şəhruz Nəbi oktyabrın 25-i sübh saatlarında Kirman əyalətinin Fəhrəc şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Bildirilir ki, iki il əvvəl xalası qızı ilə evlənən müttəhim, ailədə baş verən ixtilaflara görə bu ilin yanvar ayında qaynatasının məzilinə gedərək kalaşnikov silahı ilə evdəkilərə atəş açmışdı. Atəş nəticəsində qayınatası, qayınanası, uşaqları və evdə xəstə görüşünə gələn qonşular daxil olmaqla 10 nəfər yerindəcə qətlə yetirilmiş, 4 nəfər isə ağır yaralanmışdı. Cinayəti törətdikdən sonra Sistan-Bəlicistan əyalətinə qaçan müttəhim, bir neçə gün sonra yaxalanmışdı.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN