İranda 13 nəfər təqaüdçü 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edilib

İranda 13 nəfər təqaüdçü 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edilib

GünAz TV: İranda 2018-ci ilin iyun ayı ərzində keçirilmiş etiraz aksiyaları zamanı saxlanılmış təqaüdçülər haqqında məhkəmə qərarı çıxarılıb.

 

Bu 13 nəfərdən 5-i qadın, qalanları isə kişidir. Onlar “qanunsuz aksiyalara qoşulmaqla ölkənin təhlükəsizliyini təhdid etmək” ittihamı ilə müvafiq olaraq, 6 aydan 1 ilə qədər həbsə məhkum ediliblər. İran media orqanlarının iddiasına görə, qərar verilərkən həbs edilənlərin “tutduqları əməldən peşiman olduqları” da nəzərə alınıb.

 

Bu etirazlar zamanı Amerika Birləşmiş Ştatları vətəndaşların İran rejimi tərəfindən repressiyaya məruz qalmasını pisləmişdi. Eləcə də, Beynəlxalq Amnistiya Təşkilatı də bəyanat yayaraq, vətəndaşların kəskin repressiyaya məruz qaldığına görə, 2018-ci ili İran rejimi üçün utanc verici il adlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN