İranda 18 millət vəkili istefa verib

İranda 18 millət vəkili istefa verib

GünAz TV: İran Milli Məclisinin İsfahan ostanından seçilmiş millət vəkilləri dövlətin və spikerin Zayəndərud çayının bərpası və qeyd edilən bölgənin içməli su problemi ilə bağlı verdikləri vədlərə əməl etmədiklərinə görə istefa verib.

 

İstefanın səbəbini açıqlayan deputat Hüseynəli Hacı Deliqani qeyd edib ki, İsfahandan seçilmiş millət vəkilləri ötən il Enerji naziri və Milli Məclisin spikeri ilə İsfahan ostanının su probleminin həll olunması ilə bağlı müzakirələr aparıblar. Görüş zamanı rəsmilər deputatlara İsfahanın su probleminin aradan qaldırılması üçün lazım olan tədbirlərin görüləcəyini söz versələr də, amma ötən müddət ərzində müsbətə doğru heç bir addım atılmayıb. Bu səbəbdən İsfahandan seçilmiş 18 millət vəkili öz istefa ərizələrini spikerə təqdim ediblər.

 

İstefa ərizəsində İsfahanda hələ də su probleminin qaldığı və dövlətin bu istiqamətdə heç bir addım atmadığı bir daha vurğulanıb. Deputatlar buna görə də öz vəzifələrində qalmağın heç bir önəm daşımadığı qeyd edərək, istefa ərizəsi təqdim edilən andan etibarən Milli Məclisin iclaslarına qatılmayacaqlarını bildiriblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN