İranda 3 yaşlı ögey oğlunu zorlayaraq qətlə yetirən manyak atalıq edam edilib - FOTOLAR

İranda 3 yaşlı ögey oğlunu zorlayaraq qətlə yetirən manyak atalıq edam edilib - FOTOLAR

GünAzTV: İranda 3 yaşlı ögey oğlunu zorlayaraq qətlə yetirməkdə günahlandırılan manyak atalıq edam edilib.

 

Cinayət hadisəsi 2017-ci ilin oktyabr ayında İranın Gilan əyalətinin Rəşt şəhərində baş verib. Manyak atalıq, 3 yaşlı ögey oğlu olan Əhuranı, anası işə gedəndən sonra zorlayaraq, başını vəhşicəsinə divara çırpıb. Nəticədə beyninə qan sızan azyaşlı körpə yerindəcə keçinib. Qatil, 3 ay əvvəl məhkəmə qarşısında ifadə verərək, törətdiyi cinayəti eiraf etsə də, hadisə zamanı hər hansı bir narkotik maddədən istifadə etdiyini təkzib edib.

 

Uşaq zorlamaqda və qəsdən adamöldürmədə günahlandırılan gənc qatil, aprelin 10-u, sübh saatlarında İranın Rəşt şəhərinin zindanında dara çəkilib.

 

                                                                   3 yaşlı Əhura

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN