İranda 5,2 bal gücündə zəlzələ baş verib, ən azı 84 nəfər yaralanıb - FOTOLAR

İranda 5,2 bal gücündə zəlzələ baş verib, ən azı 84 nəfər yaralanıb - FOTOLAR

GünAzTV: Mayın 2-si yerli vaxtla sübh saat 08:38 radələrində, İranın Kohkiluye və Boyer Əhməd əyalətinin mərkəzi olan Yasuc şəhərinin yaxınlığındakı Sisəxt məntəqəsində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələnin ocağı, Yasuc şəhərinin 19  kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb. Zəlzələ, əyalətin digər şəhər və kəndlərində də hiss olunub. Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəlib, ən azı 84 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zəlzələ, bəzi məntəqələrdə telefon, qaz, işıq və su xətlərinin sıradan çıxmasına səbəb olub. Bölgəyə xilasedici qüvvələrin cəlb edildiyi bildirilir.

 

Zəlzələdə hər hansı bir insan tələfatının olub-olmaması barədə məlumat yayılmayıb.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN