İranda 5 yaşlı qız uşağını qətlə yetirən şəxs edam edilib

İranda 5 yaşlı qız uşağını qətlə yetirən şəxs edam edilib

GünAzTV: İranın İsfahan əyalətinin Felavercan şəhərində qulağındakı qızıl sırğalarını oğurlamaq məqsədilə  Melika adlı 5 yaşlı qız uşağını qətlə yetirən şəxs edam edilib.

 

Bildirilir ki, Melikanın yaşadığı evin qarşısından yoxa çıxması xəbəri 2018-ci ilin oktyabr ayında yayılsa da, az sonra onun meyiti tapılmış, bir neçə gün sonra isə onun yeniyetmə qatili (Məhəmmədcavad Şəms) müəyyənləşərək həbs edilmişdi.

 

Qatil, dindirilərkən qız uşağını aldadaraq, xəlvət bir yerə apardığını, əl-qolunu bağladıqdan sonra qulağındakı qızıl sırğalarını oğurlayaraq onu boğduğunu etiraf etmişdi.

 

İnqilab məhkəməsi tərəfindən qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilən qatil, yanvarın 15-də Felavercan şəhərinin meydanlarından birində ictimaiyyət qaeşısında dara çəkilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN