İranda 6 nəfərin qətlində günahlandırılan şəxs, ictimaiyyət qarşısında edam edilib

İranda 6 nəfərin qətlində günahlandırılan şəxs, ictimaiyyət qarşısında edam edilib

GünAzTV: Üç ay əvvəl İranın Ərak şəhərində məişət zəminindəki ailədaxili ixtilafda 6 nəfəri odlu silahla qətlə yetirən daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

Açıq keçirilən məhkəmədə edama və 74 şallaq zərbəsinə məhkum edilən gənc müttəhim Abbas Səhrayi, aprelin 13-ü sübh saatlarında maskalı polislərin müşayiəti ilə Ərak şəhərinin küçələrindən birinə gətirilərək ictimaiyyət qarşısında dar ağacından asılıb. Müttəhimin törətdiyi cinayətin təfərrüatı haqda hər hansı bir məlumat yayılmayıb.

 

İran İslam Respublikası hökuməti, ölkə məhkəmələri tərəfindən çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN