İranda 6 yaşlı uşaq koronavirusdan ölüb

İranda 6 yaşlı uşaq koronavirusdan ölüb

GünAz TV: İranın Şimali Xorasan əyalətində koronavirusa yoluxmuş 6 yaşlı uşaq ölüb.

 

Şimali Xorasanın Tibb Elmləri İnstitutunun rəhbər əvəzedicisi Əhməd Haşiminin yaydığı bəyanata əsasən, həkimlərin cəhdlərinə baxmayaraq, pandemiyaya yoluxmuş uşağın həyatını xilas etmək mümkün olmayıb. O, həmin uşağın digər xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə heç nə deməyib.

 

Əhməd Haşimi həmçinin əyalət ərazisində virusdan ölənlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olan şəxslər olduğunu qeyd edib.

 

Xatırladaq ki, ötən həftə İranın Mazandaran əyalətinin Babül şəhərində də koronavirusa yoluxmuş 3 uşaq yerli xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilmişdi. Onlardan birinin bir neçə gün öncə sağalaraq evə buraxıldığı deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN