İranda 7,3 bal gücündə zəlzələ olub. Ən azı 155 nəfər həlak olub, 1500-dən çox insan xəsarət alıb

İranda 7,3 bal gücündə zəlzələ olub. Ən azı 155 nəfər həlak olub, 1500-dən çox insan xəsarət alıb

GunAzTV: Noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Güclü zəlzələ həm də İraqda baş verib.

 

 Amerikanın Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub. Zəlzələ nəticəsində, İranın Kirmanşah əyalətinin bir neçə şəhərində yüzlərlə evə ziyan dəyib, çoxlu dağıntılar əmələ gəlib. Güclü zəlzələ, əyalətin Sərpol Zəhab, Səlas Babacani və Qəsr Şirin və digər şəhərlərində ən azı 155 nəfərin ölümünə, 1500-dən çox insanın xəsarət almasına səbəb olub. Ən çox insan tələfatı isə Sərpol Zəhab şəhərində qeydə alınıb. Təbii fəlakətin baş verdiyi bölgələrə təcili tibbi maşınları, xilasedici qüvvələr və texnika cəlb edilib. Hadisədən sonra bölgədə çoxlu güclü yeraltı təkanlar qeydə alınıb və İranın bir çox şəhərlərində, eləcə də bəzi qonşu ölkələrdə hiss olunub. 

 

Zəlzələ, İranın Şərqi və Qərbi Azərbaycan, Həmədan, Kürdistan, Buşehr, Xuzistan və İlam əyalətlərində hiss olunub və həmin şəhərlərin əhalisi gecəni küçələrdə qalmaq məcburiyyətində qalıb. Baş vermiş zəlzələ ilə bağlı Kirmanşah əyalətində 3 gün matəm elan edilib.

 

 

Zəlzələ, həmçinin İraqın bir neçə bölgəsində, o cümlədən də Süleymaniyyə və digər şəhərlərdə dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdə ölənlərin sayı və dağıntıların miqyası barədə dəqiq məlumat yayılmayıb.

 

 

 

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN