İranda ABŞ dollarının məzənnəsi yenidən qalxmağa başlayıb

İranda ABŞ dollarının məzənnəsi yenidən qalxmağa başlayıb

GünazTV: İranda ABŞ dollarının məzənnəsi gözlənilmədən yenidən qalxmağa başlayıb.

Yayılan məlumatlara əsasən, fevralın 18-də 1 ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə 550 tümən (4,5 faiz) artaraq, 13 min tüməni aşıb. Ümumiyyətlə, ABŞ dollarının məzənnəsi ötən bir ildə 3 dəfə artıb. Belə ki, düz bir il əvvəl, yəni 2018-ci il, fevralın 18-də 1 ABŞ dollarının məzənnəsi 4575 min tümən olub.

 

Amerika dollarının məzənnəsinin sürətlə qalxmasının səbəbləri barədə müxtəlif fikirlər irəli sürülsə də, güman edilir ki, dolların dəyərinin qalxmasına, İranın Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Konvensiyaya (Palermo) qoşulması ilə bağlı layihənin Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumda müzakirəsinin təxirə salınması səbəb olub.

 

Xatırladaq ki, İranın Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Konvensiyaya (Palermo) qoşulması ilə bağlı keçirilən səsvermə layihəsi təxirə salınıb. İran mediasının yaydığı xəbərə əsasən, Layihənin fevralın 16-da Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumda səsə qoyulacağı gözlənilsə də, layihənin qızğın mübahisələrə səbəb olduğunu nəzərə alaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Bu səbəbdən səsvermə Şuranın gələn iclasına qədər təxirə salınıb.

 

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu İrana bu Qrupun qara siyahısına daxil olmamaq üçün nəzərdə tutulan layihələri qəbul etməsi üçün fevral ayının sonuna qədər vaxt verib.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN