İranda ad günü mərasiminə hücumda 44 kişi və qadın tutulub

İranda ad günü mərasiminə hücumda 44 kişi və qadın tutulub

GünAzTV: İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi sayılan Məşhəd şəhərində polis qüvvələrinin ad günü mərasiminə hücumunda 44 kişi və qadın tutulub. Bu barədə Məşhəd inqilab məhkəməsinin rəsmisi Həsən Heydəri fevralın 24-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

Həsən Heydəri bildirib ki, ad günü şənliyinə qatıldığına görə tutulanlardan 25-i kişi, 19-u isə qadın və gənc qızlardır: “Tutulanlardan biri ad gününü qeyd etmək bəhanəsi ilə həmin kişilərlə qadınları bir yerə toplamışdı. Bu şəxslər, ad günü mərasimində bir-biri ilə əylənərək alkoqollu içkilərdən istifadə ediblər. Həbs edilənlərin hamısı dindirilir”.

 

İnqilab məhkəməsi rəsmisi, hadisənin konkret nə vaxt baş verdiyini açıqlamayıb.

 

Xatırladaq ki, bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günü mərasimlərinə edilən hücumlarda ən azı 800 adam həbs edilib.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN