İranda avtobus qəzası olub- 18 ölü, 24 yaralı var

İranda avtobus qəzası olub- 18 ölü, 24 yaralı var

GünAz TV: İranın Savadkuh rayonunun Doab bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Tehrandan Günbədkavusa gedən avtobusun dərəyə aşması nəticəsində 18 nəfərin öldüyü, 24 nəfərin ağır yaralandığı bildirilir. Ölənlərin arasında 1 nəfər hamilə qadın da olub. Yaralılardan 2 nəfərin vəziyyəti ağır olduğundan, ölənlərinin sayının artacağı istisna edilmir.

 

Ölənlərin 9-u kişi, 9-u qadındır. Onların arasından isə 4 nəfərinin 6 yaşlı uşaq olduğu deyilir.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin etinasızlığı nəticəsində bərbad vəziyyətdə olan yollarda tez-tez bu cür faciələr baş verir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN