İranda axır çərşənbə mərasimi ilə bağlı partlayışlarda 3 nəfər ölüb, 2 min nəfər yaralanıb

İranda axır çərşənbə mərasimi ilə bağlı partlayışlarda  3 nəfər ölüb, 2 min nəfər yaralanıb

GünAzTV: Martın 14-də paytaxt Tehranda və İranın digər şəhərlərində keçirilən axır çərşənbə mərasimi ilə bağlı olaylarda ən azı 3 nəfər ölüb, 2 min nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının rəisi Pirgüseyn Kolivənd jurnalistlərlə görüşündə məlumat verib.

 

Pirhüseyn Kolivənd bildirib ki, Tehranda 13, 14 və 26 yaşlarında olan ən azı 3 nəfər, qeyri-standart alovlandırıcı maddələrin partlaması nəticəsində həyatını itirib: “Axır Çərşənbə olaylarında ümumilikdə ölkənin müxtəlif şəhər və bölgələrində 2 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 600-ü ağır yaralanaraq xəstəxanalara yerləşdirilib. Yüngül xəsarət alanlar isə ayaqüstü müalicə aldıqdan sonra evə buraxılıb”.

 

Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi isə jurnalistlərə bildirib ki, son bir həftədə axır çərşənbə mərasiminə hazırlıq işləri ilə əlaqədar ölkənin müxtəlif şəhərlərində baş verən partlayışlarda ən azı 9 nəfər hətatını itirib: “Urmiyada, Ərakda, Ərdəbildə, Tehranda və digər şəhərlərdə baş verən partlayışlarda bir neçə nəfər də gözündən və əl-ayağından şikəst olaraq xəstəxanaya yerləşdirilib”.

 

Bildirilir ki, xəstəxanalara yerləşdirilən hadisə qurbanlarından bəzilərinin səhhəti ağırdır.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN