İranda axtarışda olan ərəb fəalı təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada qətlə yetirilib

İranda axtarışda olan ərəb fəalı təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada qətlə yetirilib

GünazTV: İranda axtarışda olan ərəb fəalı, Yunis Dorəqi təhlükəsizlik qüvvələri ilə baş verən silahlı qarşıdurmada qətlə yetirilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə, aprelin 3-ü sübh saatlarında Xuzistan əyalətinin Şadqan şəhərində baş verib. Bölgədə sələfi düşüncəsini yaymaqda və hökumətə qarşı etirazların təşkilində günahlandırılaraq axtarışda olan, bir uşaq atası, 30 yaşlı Yunis Dorəqinin (Qeys Şəlibavi) iş yeri müəyyənləşdirildikdən sonra o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

 

Təslim olmaqdan boyun qaçıran Yunis Dorəqi ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində ərəb fəalı bir neçə güllə yarası alaraq yerindəcə həlak olub, 2 təhlükəsizlik əməkdaşı yaralanıb. Hadisənin detalları mediaya açıqlanmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN