İranda baş örtüyünü açan daha 1 qadın fiziki zorakılığa məruz qalaraq döyülüb

İranda baş örtüyünü açan daha 1 qadın fiziki zorakılığa məruz qalaraq döyülüb

GünAzTV: İranda molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüyünü açıb əlində yelləyən daha 1 qadın, “Bəsic” muzdlusu tərəfindən fiziki zorakılığa məruz qalaraq vəhşicəsinə döyülüb.

 

Hadisə, fevralın 24-də paytaxt Tehranın Süməyyə-Qərəney küçlərinin kəsişməsində baş verib. Hündürlüyə qalxaraq, baş örtüyünü açan gənc etirazçı qadın Həmraz Sadiqi, “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının bir muzdlusunun hücumuna məruz qalıb. Küçədə baş örtüyünü açdığına görə, “Hizbullah”çı şəxs tərəfindən hündürlükdən aşağıya dartılan qadın yerə yıxılıb və onun bir qolu sınıb. Hücumçu, daha sonra qadını vəhşicəsinə döyüb, təhqir edib. Etirazçı qadın, yaralı vəziyyətdə həbs edilərək naməlum istiqamətə aparılıb. Hazırda gənc etirazçı qadının harada saxlanıldığı barədə hər hansı bir məlumat yoxdur.

 

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örtüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN