İranda baş verən silahlı qarşıdurmada polis əməkdaşı həlak olub

İranda baş verən silahlı qarşıdurmada polis əməkdaşı həlak olub

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində yerli müxalif yaraqlılarla baş verən silahlı qarşıdurmada hüquq- mühafizə qüvvələrinin əməkdaşı Əmir Dərvişi həlak olub.

 

Hadisə, dekabrın 27-si axşam saatlarında əyalətin Konarək şəhərində baş verib. Bölgədə reyd keçirən hüquq-mühafizə qüvvələri naməlum yaraqlıların hücumuna məruz qalıb. Atışma nəticədə iki uşaq atası olan polis əməkdaşı Əmir Dərvişi güllə yarası alaraq yerindəcə keçinib, bir neçə polis yaralanıb.

 

Hücumçular hadisə yerindən qaça biliblər. Hazırda məsələnin araşdırıldığı bildirilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN