İranda baş verən zəlzələdə ən azı 3 nəfər ölüb, 225 nəfər yaralanıb

İranda baş verən zəlzələdə ən azı 3 nəfər ölüb, 225 nəfər yaralanıb

 GünAzTV: İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində Rixter cədvəli üzrə 5.7 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, 225 nəfər yaralanıb.

 

Hadisə, mayın 13-ü axşam saat 10:30-da Bocnurdun Pişqələ məntəqəsində baş verib və zəlzələ nəticəsində “Qəsr Qəcər”, “Qurbur”, “Ləngər” və “Bidək” kəndləri tamamilə dağılıb, digər kəndlərə də 30 faizdən 60 faizə qədər ziyan dəyib. Ölənlərdən ikisi, həmin kəndlərin sakinləri olan 50 yaşlı bir qadın və 12 yaşlı bir qız uşağıdır. Yaralılar isə Bocnurd xəstəxanalarına yerləşdirilib. Yayılan ilkin məlumatlara əsasən, mayın 14-ü sübh saatlarına qədər ən azı 14 yeraltı təkan qeydə alınıb və zəlzələ baş verən məntəqələrin sakinləri gecəni küçələrdə yatmaq, gecələmək məcburiyyətində qalıblar. Zəlzələnin Rəzəvi Xorasan əyalətinin mərkəzi olan Məşhəddə də hiss olunduğu bildirilir.

 

Zəlzələdə itkin düşənlərin və ya dağıntılar altında qalanların sayı haqda məlumat yayılmayıb.

 

Qeyd edək ki, Şimali Xorasan əyalətinin Bocnurd şəhərində və ətraf rayon və kəndlərdə yaşayanlar yerli türklərdir və onlar Azərbaycan türkcəsinə çox yaxın bir dialektdə danışırlar.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN