İranda baş verən zəlzələdə yaralananların sayı 133 nəfərə çatıb - FOTOLAR

İranda baş verən zəlzələdə yaralananların sayı 133 nəfərə çatıb - FOTOLAR

GünAzTV: Mayın 2-də İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Yasuc şəhərinin yaxınlığında baş verən 5,2 bal gücündə zəlzələdə yaralananların sayı 133 nəfərə çatıb.

 

Kohkiluye və Boyer Əhməd əyalətinin Təcili Tibbi Yardım mərkəzinin rəisi Calal Puranfər mayın 3-də jurnalistlərə açıqlamasında bildirib ki, zəlzələdə yaralananlardan 32-si ciddi bədən xəsarət aldığına görə Yasuc və digər şəhərlərin xəstəxanalarına yerləşdirilib, digərləri isə ayaqüstü müalicə aldıqdan sonea evlərinə buraxılıb. Qeyd olunur ki, fəlakət zonasında yeraltı təkanlardan vahiməyə düşən əhalinin əksəriyyəti evlərini tərk edərək ötən gecəni açıq havada, küçə və parklarda keçiriblər.

 

 

Xatırladaq ki, mayın 2-si yerli vaxtla sübh saat 08:38 radələrində, İranın Kohkiluye və Boyer Əhməd əyalətinin mərkəzi olan Yasuc şəhərinin yaxınlığındakı Sisəxt məntəqəsində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.  

 

Zəlzələnin ocağı, Yasuc şəhərinin 19  kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb.  Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəlib, ən azı 133 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zəlzələ, bəzi məntəqələrdə mobil telefon, qaz, işıq və su xətlərinin sıradan çıxmasına səbəb olub.

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN