İranda bəluclara bağlı “Ceyş-ül Ədl” yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 11 “Sepah”çı öldürülüb

İranda bəluclara bağlı “Ceyş-ül Ədl” yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 11 “Sepah”çı öldürülüb

GünAzTV: İranda sünni məzhəbli bəluclara bağlı “Ceyş-ül Ədl” (Ədalət ordusu) yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 11 “Sepah”çı həlak olub, bir neçəsi yaralanıb.

 

Hadisə, iyunun 25-i axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Pakistan sərhəddinə yaxın Mircavə şəhəri yaxınlığında baş verib. Müstəqil bəluc mənbələrinin yaydığı xəbərə əsasən, gecə saat 00:22-də Mircavənin Təlxap məntəqəsində “Sepah”çılarla yaraqlı bəluclar arasında baş verən atışma nəticəsində ən azı 11 “Sepah” muzdlusu həlak olub, bir neçəsi ağır bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib.

 

“Ceyş-ül Ədl” təşkilatı bəyanat yayaraq atışmada heç bir bəluc yaraqlılsının ölmədiyini bildirsə də, “Sepah”a bağlı saytlar, qarşıdurmada 3 bəlucun həlak edildiyini bildirirlər. Hadisənin təfərrüatı barədə hər haansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, son illər İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını bildirən, hərbi bazaları Pakistanın muxtar Bəlucistan əyalətində yerləşən “Ceyş ül Ədl” yaraqlıları ilə İran hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmalara, hər iki tərəfdən çoxlu insan həlak olub.

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN