İranda “Bəsic” qərargahına qarşı silahlı hücumda 1 “Sepah”çı öldürülüb, 6-sı yaralanıb - FOTOLAR

İranda “Bəsic” qərargahına qarşı silahlı hücumda 1 “Sepah”çı öldürülüb, 6-sı yaralanıb - FOTOLAR

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində “Bəsic” qərargahına qarşı silahlı hücumda 1 “Sepah”çı öldürülüb, 6-sı ağır yaralanıb.

 

Hadisə, fevralın 2-si sübh saatlarında baş verib. Bir neçə naməlum silahlı şəxs, “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” qərargahının divarını aşaraq, sübh mərasiminə toplanmış hökumət qüvvələrinə qarşı odlu silahlardan atəş açıblar. Hücum nəticəsində 1 “Sepah”çı (Murtuza Əli Əhmədi) yerindəcə həlak olub, 6-sı ağır yaralanıb. Yaralı “Sepah”çılar (Raufi Nejad, Heydəri, Pudinə, Əbdülbasit Bəluçi, Əbdülqəffar Huti və Həsən Səlahzehi) xəstəxanaya yerlədirilib. Onlardan ikisinin səhhətinin ağır olduğu bildirilir. Hücumçular hadisə yerindən qaça biliblər.

 

 

 

 

Hadisədən az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən, hərbi bazaları Pakistan ərazisində olan “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq, hücumun məsuliyyətini öz üzərinə götürüb.

 

"Ceyş ül-Ədl" yaraqlıları

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN