İranda bir qrup məmur rüşvət aldığına görə həbs edilib

İranda bir qrup məmur rüşvət aldığına görə həbs edilib

GünAz TV: İranın Daşınmaz Əmlak və Sənədləşdirmə Təşkilatının bir qrup əməkdaşı həbs edilib.

 

İran məhkəmə sisteminin yaydığı açıqlamada bildirilir ki, həmin şəxslər “Təşkilatı qanunsuz əməllər törədənlərdən təmizləmək” üçün aparılan tədbirlər çərçivəsində saxlanılıblar. Açıqlamada həmçinin onların böyük qanunsuz əməllər törətdikləri və rüşvət aldıqları qeyd edilir.

 

Saxlanılanlara qarşı “böyük miqdarda rüşvət alma”, “özəl və dövlət əmlakını saxta sənədlərlə mənimsəmə” və “fiziki və hüquqi şəxslərin sənədlərini öz məqsədləri üçün istifadə etmə” kimi ittihamlar irəli sürülüb.

 

Onlar həmçinin böyük miqdarda rüşvət almaq üçün iş prosesində qəsdən ləngimə yaratmaqda da günahlandırırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN