İranda casusluqda günahlandırılan “Sepah”ın keçmiş komandiri və onun müavini tutulub

İranda casusluqda günahlandırılan “Sepah”ın keçmiş komandiri və onun müavini tutulub

GünAzTV: İranda xarici ölkələrə casusluqda və tutduğu vəzifədən sui-istifadə etməkdə günahlandırılan “Sepah”ın keçmiş komandiri polkovnik Dostəli Azuq və müavini polkovnik Nəcəfi tutulub.

 

Hər iki müttəhim, Novruz bayramı ərəfəsində tutulsalar da, bu barədə məlumat yenicə yayılıb.

 

Bildirilir ki, Kirmanşah “Sepah”ının keçmiş komandirlərindən olan Dostəli Azuq və onun Nəcəfi soyadlı müavini, vəzifədə olduqları vaxtda, bəzi Qərb ölkələrinin kəşfiyyat amilləri ilə əlaqə saxlamaqda, onlara informasiya ötürməkdə, korrupsiyada, bac almaqda və digər qanunsuz hərəkətlərdə günahlandırılır. Onun hazırda Tehranda hərbçi müttəhimlərə məxsus bir təcridxanada saxlanılaraq dindirildiyi qeyd olunur.

 

Məlumatda həmçinin bildirilir ki, “Sepah”ın keçmiş komandiri ilə birlikdə tutulan müavini polkovnik Nəcəfi, hazırda Haciabad həbsxanasında saxlanılır. Qeyd edilir ki, o, həbs edildikdən sonra bir dəfə intihara cəhd etsə də, bunun qarşısı alınıb və o dərhal xəstəxanaya çatdırılaraq ölümünün qarşısı alınıb.

 

Yayılan məlumatda, həbs edilən bu iki şəxsin Qərb ölkələrinə casusluq fəaliyyətinin detalları açıqlanmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN