İranda daha 1 gənc bəluc edam edilib

İranda daha 1 gənc bəluc edam edilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, il yarım əvvəl narkotik maddə qaçaqmalçılığına görə həbs edilən, milliyyətcə bəluc olan gənc məhkum Əbdal Zahidani (Qənbərzehi), aprelin 15-i sübh saatlarında İsfahan şəhərinin Dəstgerd zindanında dara çəkilib. Barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürüldüyü bildirilən həmin şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN