İranda daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

İranda daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

GünAzTV: İranda daha 1 məhbus barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, İranın Loristan əyalətinin mərkəzi sayılan Xürrəmabad zindanında saxlanılan və konkret nədə günahlandırıldığı mediaya açıqlanmayan 30 yaşlı müttəhim Homayun Tulabi, iyunun 5-də həbsananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Gənc məhbusun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dar ağacından asılacağı gözlənilir.

 

Son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN