İranda daha 1 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

İranda daha 1 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

GünAzTV: İranda cinsi təcavüzdə və yer üzündə fəsad törətməkdə günahlandırılan daha 1 məhbus, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı məlumata əsasən, 5 ildir Kərəcin Rəcayişəhr zindanında saxlanılan müttəhim İman Hüseyni Müqəddəm, aprelin 22-si sübh saatlarında həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Məhbusun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilsə də, onun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN