İranda daha 1 nəfər dar ağacından asılıb

İranda daha 1 nəfər dar ağacından asılıb

GünAzTV: İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib 22 yaşlı müttəhim 3 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 3 il əvvəl 19 yaşında ikən futbol oyununda baş verən savaşda istəmədən qətl törədən gənc müttəhim, aprelin 16-sı sübh saatlarında İranın Məşhəd şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilən şəxsin adının Miqdad olduğu biildirilsə də, onun aoyadı mediaya açıqlanmayıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkə vətəndaşlarına çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN