İranda daha 1 nəfər dar ağacından asılıb

İranda daha 1 nəfər dar ağacından asılıb

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 5 il əvvəl məişət zəminində baş verən davada öz qohumunu bıçaqlayaraq qətlə yetirən 30 yaşlı müttəhim, mayın 4-ü sübh saatlarında Məşhədin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN