İranda daha 1 nəfər dara çəkilib, 6 məhbus isə ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 1 nəfər dara çəkilib, 6 məhbus isə ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib, eyni ittihamla daha 6 məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl törətdiyi qətlə görə ölüm cəzasına məhkum edilmiş 23 yaşlı müttəhim, Yasər Salar Rəşid Zehi, dekabrın 19-u sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihama görə edama məhkum edilmiş və hazırda Kərəcin Rəcayişəhr zindanında saxlanılan daha 6 məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə, dekabrın 18-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Adları mediaya açıqlanmayan həmin məhbusların yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN