İranda daha 1 nəfər dara çəkilib

İranda daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında  günahlandırılaraq daha 1 nəfər edam edilib.

 

Şərqi Azərbaycan əyalətinin Mələkan şəhərinin sakini olan və 5 ildən bəri həbsdə saxlanılan  müttəhim Murtuza Heydəri yanvarın 10-u sübh saatlarında əyalətin Marağa şəhərinin zindanında dara çəkilib. Evli və 5 yaşlı qız atası olan, 2011-ci ildən bu yana həbsdə saxlanılan müttəhim, 6 kiloqramlıq müxtəlif narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılıb.

 

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN