İranda daha 1 nəfər dara çəkilib

İranda daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə və oğurluqda günahlandırılan daha 1 nəfər edam edilib.

 

Adı mediaya açıqlanmayan müttəhim, martın 9-da İranın Yəzd şəhərinin mərkəzi zindanı yaxınlığında ictimaiyyət qarşısında dar ağacından asılıb. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN