İranda daha 1 nəfər dara çəkilib

İranda daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib. Müttəhim 16 gün əvvəl edam edilsə də, bu barədə məlumat yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərin yaydığı xəbərə əsasən, 2012-ci ilin iyun ayında məişət zəminində baş verən bir davada xalası oğluna yardım məqsədilə araya girən və istəmədən qətl törədən gənc müttəhim (Fərəc Həmdullahi) , avqustun 27-i sübh saatlarında İranın Şimali Xorasan əyalətinin Şirvan şəhərinin zindanında dara çəkilib. Edamın bu günə qədər gizli saxlanılmasının səbəbi bilinmir.

 

 Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN