İranda daha 1 nəfər dara çəkilib

İranda daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda quldurluqda, adam oğurluğunda, soyğunçuluqda və Allaha qarşı müharibədə günahlandırılan daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, adı mediaya ixtisarla açıqlanan müttəhim (P.D) , okrtyabrın 12-si sübh saatlarında İranın Kirman şəhərinin mərkəzi zindanında dara çəkilib. Bildirilir ki, həmin şəxs, şəhərdən kənar yollarda, Əfqanıstan vətəndaşlarının yolunu kəsərək onları hədə-qorxu ilə soyur və ya onları girov götürərək ailələrindən pul tələb edirmiş.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN