İranda daha 1 nəfər edam edilib, 1 məhkum isə ölüm hökmünün icrasından əvvəl intihar edib

İranda daha 1 nəfər edam edilib, 1 məhkum isə ölüm hökmünün icrasından əvvəl intihar edib

GünazTV: İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib, 1 məhkum isə ölüm hökmünün icrasından əvvəl keçirdiyi əsəb gərginliyinə görə intihar edib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl ailədaxili ixtilaflara görə bacısının ərini qətlə yetirdiyinə görə edama məhkum edilən gənc məhkum Məhəmməh Hüseyn Sultani noyabrın 13-ü sübh saatlarında Buşehr zindanında dara çəkilib.

 

Həmçinin bir neçə il əvvəl naməlum səbəbə görə baş verən bir davada qətl törədən, bir nəfərin isə kor olmasına səbəb olan məhkum Məcid Əli Bəxşi, noyabrın 13-də Kərəcin Rəcayişəhr zindanında edam olunmalı idi. O, məhkəmənin qərarına görə, əvvəlcə iki gözdən kor edilməli, sonra isə həmin həbsxanada dara çəkilməli idi. Lakin cəzalandığı günün yaxınlaşdığından əsəb gərginliyi keçirən məhkum, noyabrın 10-da saxlandığı həbsxanada özünü asaraq həyatına son qoyub.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN