İranda daha 1 nəfər edam edilib

İranda daha 1 nəfər edam edilib

GunAzTV: İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, iki il əvvəl məişət zəminində baş verən bir davada qətl törədən 28 yaşlı müttəhim (Abbas.B), noyabrın 13-də İranın Mazandaran əyalətinin Babil şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

Edamdan əvvəl, qatilin zərər çəkən tərəfindən əfv olunması üçün hüquq müdafiəçiləri və başqaları tərəfindən çoxlu cəhd göstərilsə də, öldürülən şəxsin valideynləri onu bağışlamaqdan imtina edib və qətlə yetirilən şəxsin qardaşı, qatilin ayağının altından stulu çəkərək ölüm hökmü yerinə yetirilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN