İranda daha 1 nəfər edam edilib

İranda daha 1 nəfər edam edilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə iki gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, törətdiyi qətlə görə qisasa məhkum edilən müttəhim (Məhəmməd Mirzayi) avqustun 30-u sübh saatlarında İranın Xürrəmabad şəhərinin Parsilon zindanında dara çəkilib. Onun məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Son aylarda İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN