İranda daha 1 nəfərin edam edildiyi haqda məlumat yayılıb

İranda daha 1 nəfərin edam edildiyi haqda məlumat yayılıb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 4 ilə yaxın həbsdə saxlanılan 37 yaşlı müttəhim, Məhəmməd Saceddin, aprelin 16-sı sübh saatlarında İranın Bəndər Abbas şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Son vaxtlar İranda edamların sayının kəskin dərəcədə artması, istər yerli, istərsə də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN