İranda daha 1 polis əməkdaşı naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib

İranda daha 1 polis əməkdaşı naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib

GünAzTV: İranda hüquq-mühafizə qüvvələrinin daha 1 əməkdaşı naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib. Bu barədə İranın Xizistan əyalətinin Bavi şəhərinin polis komandanı Əli Əbdüli jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə avqustun 18-i axşam saat 00:23-də Xuzistan əyalətinin Şeyban şəhərində baş verib: “Motosiklet sürən iki naməlum şəxs uzaq məsafədən ov tüfəngindən atəş açaraq məntəqədə reyd keçirən polis əməkdaşı Adil İlhai Beçayi-ni qətlə yetirib. Hücumçular hadisə yerindən qaçsalar da, az sonra hadisəni törətməkdə şübhəli bilinən 3 şəxs yaxalanıb. Hazırda baş vermiş olayla bağlı araşdırmalar davam edir”.

 

Əli Əbdüli hadisənin detallarını və şübhəli qismində həbs edilən şəxslərin adlarını açıqlamayıb.

 

Xuzistanın Bavi şəhərinin polis komandanı Əli Əbdüli

 

Xatırladaq ki, bu, son bir həftədə İranda naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilən 2-ci polis əməkdaşıdır.

 

Avqustun 14-ü axşaxm saatlarında İranın Kirmanşa əyalətinin Rəvansər şəhərində naməlum silahlı şəxslər hüquq-mühafizə qüvvələrinin bir əməkdaşının evinə basqın ediblər. Hücumçular, adı açıqlanmayan polis əməkdaşını evindən çıxararaq odlu silahla onu qətlə yetirdikdən sonra hadisə yerindən qaçıblar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN