İranda daha 10 məhbus edam ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 10 məhbus edam ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda əsasən qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 10 məhbus, edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə görə, Kərəcin Rəcayişəhr zindanında saxlanılan müttəhimlər, sentyabrın 3-ü və 4-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Edam ərəfəsində olan məhbuslardan yalnız birinin adı (Şəhab Taqızadə) mediaya bəlli olsa da, digər müttəhimlərin kimliyi açıqlanmayıb. Məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayan hər 10 məhbusun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN