İranda daha 10 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

İranda daha 10 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda əsasən qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 10 məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Kərəcin Rəcayişəhr zindanında saxlanılan və adları hələlik mediaya açıqlanmayan müttəhimlər, noyabrın 28-də ayrı-ayrılıqda həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Hər 10 məhbusun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.  

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN