İranda daha 11 nəfər edam edilib

İranda daha 11 nəfər edam edilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılan daha 10 nəfər edam edilib. Edamlar, Kərəc, Şiraz və Təbriz şəhərlərində həyata keçirilib.

 

Müttəhimlərdən 9-u (Möhsün Babayi, Siyamək Şəfiyi, Fərzad Qəhrəman, Vəhid Seylani, Sirus Muradi, Haşım Sənayi, Seyid Davud və adları bəlli olmayan daha iki məhbus) aprelin 19-u sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında,1-i (Əli Əkbər) isə aprelin 18-də Təbrizin mərkəzi zindanında dar ağacından asılıb.

 

Həmçinin üç il əvvəl öz qohumlarından olan 5 aylıq hamilə bir qadının və onun qardaşının qətlində və onların qızıllarını oğurlamaqda günahlandırılan daha 1 müttəhim (Həmid Moini) aprelin 18-i sübh saatlarında Şirazın Adilabad həbsxanasında dara çəkilib. Bildirilir ki, oğurluq məqsədilə qətl törətməkdə günahlandırılan müttəhimin bir qolu, məhkəmənin qərarı ilə edamından on gün əvvəl kəsilmişdi və o, bir qolu kəsilmiş halda edam edilib.

 

Son günlər İranda edamların sayı kəskin dərəcədə artıb.  İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN