İranda daha 12 nəfər edam edilib

2017-05-25 09:02

GünAzTV: İranın bir neçə şəhərində narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 12 nəfər edam edilib. Edamlar, Həsən Ruhaninin son prezident seçkilərində qalib gəlməsindən üç gün sonraya təsadüf edib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son iki gündə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 50 yaşlı müttəhim Davər Həmdərd Ərdəbil  zindanında, 30 yaşlı müttəhim Əbdülkərim Şəhnəvazi Zahidan həbsxanasında, adları bilinməyən daha 2 nəfər isə Ərak zindanında dara çəkilib.

 

Həmçinin qətldə günahlandırılan 33 yaşlı müttəhim Mehrdad Əsgəri Kirmanşah həbsxanasında, adı açıqlanmayan daha bir müttəhim İsfahan zindanında, 5 müttəhim isə Təbriz həbsxanasında dar ağacından asılıb. Təbriz zindanında edam edilənlərdən 3-ünün adları (Kazım Hicabi, Seyid Əli Musəvi və Cabir Fəxri) mediaya açıqlanıb. Edam edilən digər iki müttəhimin kimliyi haqda məlumat yayılmayıb.

 

Habelə, 30 il əvvəl qətl törətdiyinə görə edama məhkum edilən və zindandan qaçaqraq 28 il gizli şəkildə yaşayan və həmin müttədə ailə qurub bir neçə uşaq atası olan, iki il əvvəl isə yenidən tutulan daha bir müttəhim, İranın Kərəc şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20