İranda daha 123 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1556 nəfərə yüksəlib - (yenilənmiş statistika)

İranda daha 123 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1556 nəfərə yüksəlib - (yenilənmiş statistika)

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 21-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, son bir sutkada İranın müxtəlif şəhər və əyalətlərində daha 966 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilib: “Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər ölkədə daha 123 nəfər koronavirusdan ölüb. Bununla da indiyə qədər ölkədə koronavirusdan ölənlərin sayı 1556 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı isə 20 min 610 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən, bu günə qədər “Covid-19” yoluxanlardan 7635 nəfəri  də sağaldıqdan sonra evə buraxılıb” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi əlavə edib.

 

 

 Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 20610 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1556 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN