İranda daha 129 nəfər koronavirusdan ölüb. Virusa yoluxanların sayı 14 min 991 nəfərə, ölənlərin sayı isə 853 nəfərə yüksəlib

İranda daha 129 nəfər koronavirusdan ölüb. Virusa yoluxanların sayı 14 min 991 nəfərə, ölənlərin sayı isə 853 nəfərə yüksəlib

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 16-da jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikanı yayıb.

 

O bildirib ki, ötən bir sutka ərzində daha 1053 nəfərin virusa yoluxduğu aşkar edilərək qeydə alınıb: “Təəssüflər olsun ki, dünəndən bu günə qədər daha 129 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə həmin virusdan ölənlərin sayı 853 nəfərə, yoluxanların sayı isə 14 min 991 nəfərə yüksəlib.

 

Həmçinin xoşbəxtlikdən bu günə qədər “Covid-19” virusuna yoluxanlardan 4996  nəfəri sağalaraq, müalicə aldıqları tibb mərkəzlərindən evlərinə buraxılıblar” -deyə, Kiyanuş Cahanpur koronavirus qurbanlarının sayının yeni statistikasını açıqlayarkən bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 14 min 991 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 853 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN