İranda daha 135 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 988 nəfərə, xəstəliyə yoluxanların sayı 16169 nəfərə yüksəlib

İranda daha 135 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 988 nəfərə, xəstəliyə yoluxanların sayı 16169 nəfərə yüksəlib

GünazTV: İranda koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların sayı ilə bağlı yeni statistika açıqlanıb.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 17-də mediaya açıqlamasında deyib ki, son bir sutka ərzində ölkədə 1178 nəfərin koronavirusa yoluxduğu aşkar edilib: “Dünən günorta saatlarından bu günə qədər İranın müxtəlif şəhər və bölgələrində daha 135 nəfər koronavirusdan ölüb. Bununla da demək olar ki, bu günə qədər ölkədə “Covid-19” virusundan ölənlərin sayı 988 nəfərə, xəstəliyə yoluxanların sayı isə artaraq 16 min 169 nəfərə yüksəlib.

 

 

 Xoşbəxtlikdən bu günə qədər “Covid-19” virusuna yoluxanlardan 5389  nəfəri sağaldıqdan sonra tibb mərkəzlərindən evlərinə buraxılıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikanı açıqlayarkən bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 16 min 169 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 988 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN