İranda daha 2 bəhai həbs edilib

İranda daha 2 bəhai həbs edilib

GünazTV: İranda bəhai dininə mənsub olan daha 2 bəhai həbs edilib. Həbslər bir həftə əvvəl baş versə də bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Dəmavənd şəhərinin Gilavənd bölməsinin mülki geyimli ETTELAAT əməkdaşları gənc bəhai Mitra Forsətipuru oktyabrın 22-də şəxsi mənzilində tutub aparıblar. Oktyabrın 23-də isə digər bəhai Məryəm Ləqai (Forsətipur)  Dəmavəndin ETTELAAT idarəsinə çağırılararaq həbs edilib. Hər iki bəhainin mənzilində axtarış aparılıb, onlara məxsus noutbuklar, mobil telefonlar, dini kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Hazırda Tehranın Evin zindanının 209-u korpusunda saxlanılan bəhailərin konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Məryəm Ləqai (Forsətipur)

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 

 

İrandakı hakim “ayətullah”ların təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN