İranda daha 2 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

İranda daha 2 məhbus ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, Xürrəmabadın Parsilon zindanında saxlanılan və 19 kilo 800 qramlıq heroin qaçaqmalçılığında təqsirləndirilən müttəhimlər, iyulun 20-si sübh saatlarında ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb. Adları mediaya açıqlanmayan hər iki mütthimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dar ağacından asılacağı gözlənilir.

 

 

Qeyd edək ki, bu il Ramazan ayının başa çatmasından sonra kütləvi edamlar dalğası bütün İranı bürüyüb və həmin müddətdə İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. 

 

İran İslam Respublikası, ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxardığı ölüm hökmlərinin sayına görə dünyada birinci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər edam edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN