İranda daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

İranda daha 2 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

Yayılan məlumatlara əsasən, Kərəcin Rəcayişəhr zindnında saxlanılan məhkumlardan biri (Cəfər Zamani) 15 il əvvəl naməlum səbəbə görə törətdiyi qətlə görə edama məhkum edilib. Həmçinin bundan əvvəl quldurluqda və adam oğurluğunda günahlandırılaraq uzunmüddətli məhkumluq həyatı yaşıyan digər məhkum (Məhəmmədrza Xəlilzadə) bu ilin iyun ayında naməlum səbəbə görə onunla eyni korpusda saxlanılan Əlirza Şirməhəmmədəli adlı siyasi məhbusu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinib. Hər iki məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN