İranda daha 2 nəfər dar ağacından asılıb

İranda daha 2 nəfər dar ağacından asılıb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, müttəhimlərdən biri (Məhəmmədrza Səmədi Nəsəb) 2 kilo həcmində olan narkotik qaçaqmalçılığında günahlandırılaraq martın 13-də İranın Kirmanşa şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihamla, 897 qramlıq narkotik maddənin satışında günahlandırılan və adı mediaya açıqlanmayan 21 yaşlı bir müttəhim, martın 16-sı sübh saatlarında İranın Simnan şəhərinin həbsxanasında dar aöacından asılıb.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN